Avropa Şurası Rusiyanın bu hərəkətini "soyqırım" adlandırdı
Avropa Şurası ukraynalı uşaqların zorla Rusiyaya aparılmasını “soyqırım” adlandırıb.
İnformator.az Türkiyə mediasına istinadən xbər verir ki, Avropa Şurası Parlament Assambleyası cümə axşamı keçirilən rəsmi səsvermədə ukraynalı uşaqların Rusiya tərəfindən oğurlanmasını “soyqırım” kimi tanıyıb. Qərarda deportasiya edilən uşaqların yenidən rus dilində təhsil alması, ukraynaca danışmasının qadağan edilməsi və Kremlin təbliğatına məruz qalaraq “ruslaşdırma” prosesindən keçdiyi bildirilib.
Parlamentin qərarında toplanan məlumatların beynəlxalq standartlara görə “soyqırım” olduğu diqqətə çatdırılıb və buna yol verənlərin layiqincə cəzalandırılması, uşaqların sağ-salamat öz ölkələrinə qaytarılması tələb edilib.
Portuqaliyalı deputat Paulo Pisko tərəfindən hazırlanan hesabatın səsə qoyulduğu sessiyada 87 nəfər təklifin əleyhinə səs verib.
Sayad
