00:00:00
Yazar
Güllər Gülhüseynova
22.05.2026 09:26 42 1 dəq oxuma
Dünya

Avropa və Meksika BMT-də islahat aparılmasında müttəfiq ola bilər

Avropa və Meksika BMT-də islahat aparılmasında müttəfiq ola bilər

Avropa İttifaqı (Aİ) ölkələri və Meksika BMT-də islahat aparılmasında mühüm müttəfiqlər ola bilər.

 

"İnformator.az" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Meksika Senatında Aİ ilə ikitərəfli sammit ərəfəsində çıxışı zamanı deyib.

 

"Biz BMT-ni daha yaxşı qorumaq üçün onu dəyişməliyik, lakin heç vaxt BMT-nin beynəlxalq xaos boşluğu ilə əvəz olunmasına yol verməməliyik", - o əlavə edib.

 

Onun sözlərinə görə, çoxtərəfli institutlar "daha plüralist və mürəkkəb beynəlxalq reallığa" uyğunlaşmalıdır, çünki dünya artıq 1945-ci ildəki kimi deyil. Koşta vurğulayıb ki, dünyada beynəlxalq institutların və İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının böhranı güclənir. O hesab edir ki, bu şəraitdə bir çoxlarının cəngəllik qanununa qayıdışı proqnozlaşdırması təəccüblü deyil.

"Aİ qlobal dəyişikliklər və qeyri-müəyyənlik fonunda Meksika ilə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur", - Koşta qeyd edib.

 

#bilər #müttəfiq #baki #yeni #meksika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər