00:00:00
Yazar
Admin User
08.09.2025 06:52 126 1 dəq oxuma
Sosial

Avropada meşə yanğınları, Asiyada isə dağıdıcı daşqınlar

Avropada meşə yanğınları, Asiyada isə dağıdıcı daşqınlar

Dünyanın müxtəlif bölgələrində müşahidə olunan kəskin hava hadisələri iqlim böhranının təsirlərini bir daha gündəmə gətirib.

 

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az”a bildirib ki, iqlim böhranı deyəndə baş verməkdə olan iqlim dəyişikliklərinin həm təbii ekosistemlərə, həm də sosial həyata təsirini nəzərdə tuturuq. Bu fenomen dünyanın bütün ölkələrini əhatə etməkdədir:

 

“Təbii ekosistemlərdə, insan həyatında, şəhər və kəndlərdə çox müxtəlif effektlər verir. Həm də burda sektorlar üzrə effektləri xüsusilə qeyd edərdim. Tempraturun istiləşməsi və yağıntıların azalması ilə bağlı müşahidə olunan qlobal iqlim dəyişmələri ilkin növbədə meşələrdə yanğın riskini artırıb. İstilik dalğaları getdikcə daha tez-tez müşahidə olunmağa başlayır. Bu da yay aylarında havanın daha uzun müddət ərzində quraq keçməsinə və beləliklədə yanğın riskinin artmasına səbəb olur. Məhz bu səbəblərdən də Avropada, Asiyada, Avstaliyada, Şimali Amerikada çox tez-tez baş verməkdə olan meşə yanğınları müşahidə olunur. Digər tərəfdən sektor üzrə təhsilləri xüsusilə qeyd etmək istərdim ki, burada kənd təsərüfatı və su sektorunu xüsusilə ayırd etmək lazımdır. Su sektorunun çətinlikləri ondan ibarətdir ki, ümumi su ehtiyyatlarının həcmi getdikcə azalır. Bu da ilk növbədə yağıntıların azalması ilə nəticələnən bir hadisədir. Dünya ölkələri bu təsiri azaltmaq üçün müxtəlif adaptasiya fəaliyyətləri həyata keçirdirlər. Bu fəaliyyətlər nəticəsində Avropada genişmiqyaslı uğurlar əldə edilib”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər