00:00:00
Yazar
Admin User
21.05.2025 08:14 212 1 dəq oxuma
Dünya

Avropalı diplomat Putin və Trampın Kiyev söhbəti barədə: "Görünür, fikrindən daşınıb"

Avropalı diplomat Putin və Trampın Kiyev söhbəti barədə: "Görünür, fikrindən daşınıb"

 

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı Ukraynanı və onun Qərb müttəfiqlərini məyus edib.

 

 

"İnformator.az" xəbər verir ki , bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib.

 

"Avropa liderləri ilə söhbətlərində Tramp ya qeyd-şərtsiz atəşkəs (Ukraynada), ya da təklifdən heç nə gəlmədiyi təqdirdə sanksiyaları nəzərdə tutan yanaşma ilə razılaşıb. Görünür, Putinlə söhbətindən sonra o bu fikrindən daşınıb. Ona 24 saatdan artıq davam edəcək heç bir şeyi etibar etmək olmaz. Deyəsən, Ukrayna onu, ümumiyyətlə, maraqlandırmır", - deyə adının açıqlanmasını istəməyən avropalı diplomat agentliyə bildirib. Agentlik qeyd edir ki, eyni zamanda, Avropa Trampın fikrini yenidən dəyişməsini mümkün hesab edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər