00:00:00
Yazar
Admin User
19.05.2025 20:27 209 1 dəq oxuma
Dünya

Avropalı liderlər Rusiyaya qarşı razılığa gəliblər

Avropalı liderlər Rusiyaya qarşı razılığa gəliblər

 

ABŞ Prezidenti və Avropadakı tərəfdaşları Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində növbəti addımları razılaşdırıblar və Rusiyaya qarşı sanksiya təzyiqlərinin artırılacağını bildiriblər.

 

Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

 

“Onlar danışıqlar prosesini sıx şəkildə koordinasiya etmək və növbəti texniki görüşün keçirilməsinə nail olmaq barədə razılığa gəldilər. 

 

Bütün tərəflər Ukraynaya fəal dəstək verməyə hazır olduqlarını təsdiqlədilər. Avropa nümayəndələri Rusiyaya qarşı təzyiqlərin sanksiyalar vasitəsilə gücləndiriləcəyini bəyan etdilər”, – deyə Almaniya hökumətinin nümayəndəsi vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər