00:00:00
Yazar
Admin User
18.10.2025 19:15 119 1 dəq oxuma
Dünya

Avropanın 20 dövlətindən tələb

Avropanın 20 dövlətindən tələb

Avropanın 20 dövləti Avropa Birliyinin (AB) miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerə müraciət edərək, Komissiyadan ölkədə qalmaq hüququ olmayan əfqanların geri qaytarılması üçün daha geniş imkanların yaradılmasını tələb edib.

 

"İnformator.az" xəbər verir ki, sənədi imzalayanlar arasında Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də var.

 

Məktubda bildirilib ki, ötən il Avropa Birliyində 22 min 870 əfqan vətəndaşı barəsində deportasiya qərarı qəbul edilsə də, onlardan cəmi 435-i Əfqanıstana geri qaytarılıb. Dövlətlər bu vəziyyətin qənaətbəxş olmadığını vurğulayaraq, Əfqanıstana könüllü və məcburi qayıdış məsələsinin AB səviyyəsində ümumi məsuliyyət kimi qəbul olunmasını zəruri hesab ediblər.

 

Belçikanın təşəbbüsü ilə hazırlanan məktuba Almaniya ilə yanaşı, Niderland, Bolqarıstan, Estoniya, Finlandiya, Yunanıstan, İrlandiya, İtaliya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa, Slovakiya, İsveç, Çexiya, Macarıstan və Kipr də imza atıb. Norveç də sənədi dəstəkləyən ölkələr arasında yer alır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər