00:00:00
Yazar
Admin User
06.03.2025 17:14 124 1 dəq oxuma
Dünya

Avropanın davamlı və çəkindirici təhlükəsizliyi Türkiyə ilə mümkündür

Avropanın davamlı və çəkindirici təhlükəsizliyi Türkiyə ilə mümkündür

Xarici işlər naziri Fidan, "Avropanın davamlı və çəkindirici təhlükəsizlik arxitekturası yalnız Türkiyənin iştirakı ilə mümkündür" deyib.

 

Xarici işlər naziri Hakan Fidan Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman ilə nazirlikdə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb. Əvvəldən Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll edilməsi lazım olduğunu vurğuladıqlarını xatırladan nazir Fidan, "Türkiyə olaraq dialoq və diplomatiyaya əsaslanan təşəbbüslərə töhfə verməyə hazır olduğumuzu hər fürsətdə ifadə etdik. Bunu təkcə dilə gətirmədik, həm də əməli addımlar atdıq" deyib.

 

Keçən həftə sonu İngiltərədə Ukrayna ilə bağlı keçirilən toplantıda Türkiyənin Avropalı müttəfiqləri ilə mövqeyini bölüşdüyünü ifadə edən Fidan, "Avropanın təhlükəsizlik problemi yalnız Ukraynadakı müharibəyə endirilə bilməz. Avropanın təhlükəsizlik arxitekturası məsələsinə uzunmüddətli və strateji perspektivdən yanaşmaq lazımdır. Bu kontekstdə davamlı və çəkindirici təhlükəsizlik arxitekturası yalnız Türkiyənin iştirakı ilə mümkündür" deyib. Qəzzada atəşkəsin bütün mərhələlərinin həyata keçirilməsi lazım olduğunu vurğulayan Fidan, "İsrail hökuməti Qəzza və İordan çayının qərb sahilində beynəlxalq qanunlara məhəl qoymamağa davam edir" deyib.

 

İsrail hökumətinin Qəzzaya humanitar yardımların daxil olmasına qadağa qoyduğunu xatırladan Fidan, bu qərarın bir an əvvəl ləğv edilməsi lazım olduğunu qeyd edib.


Tərcümə etdi:Ayşən Səlimova

Mənbə:TRT haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər