00:00:00
Yazar
Admin User
28.11.2025 11:27 115 1 dəq oxuma
Dünya

Avropanın təhlükəsizliyinə Türkiyə də cəlb olunmalıdır

Avropanın təhlükəsizliyinə Türkiyə də cəlb olunmalıdır

“Avropada təhlükəsizliklə bağlı işlər görülərkən, NATO platformasından istifadə etmək bizim üçün əsas hərəkət tərzidir”.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

“Xüsusilə Ukraynadakı müharibədən sonra Avropanın təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı daxilində yeni axtarışların başladığını görürük. Bu mövzuda SAFE mexanizmi üzrə bir proses başlayıb. Bu proseslər Avropa İttifaqının xarici siyasəti və təhlükəsizlik siyasətinı uyğun şəkildə irəliləyir. Türkiyə bu yeni müzakirələrdə yer almaq istəyir. Bunlar Avropa İttifaqının üzvləri arasındakı müzakirələrdir. Amma Avropanın təhlükəsizliyi hamımızı maraqlandırır”, - nazir bildirib.


Rusiya-Ukrayna müharibəsinə gəlincə, Hakan Fidan qeyd edib ki, savaşın dayandırılması Türkiyə üçün önəmlidir. Xarici işlər naziri Ankaranın bunun üçün səylərini davam etdirdiyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər