00:00:00
Yazar
Admin User
26.06.2025 12:40 112 1 dəq oxuma
Dünya

Avroparlament deputatlarının korrupsiya qalmaqalları haqqında

Avroparlament deputatlarının korrupsiya qalmaqalları haqqında

Avropa Parlamenti deputatların adlarının hallandığı korrupsiya qalmaqallarında zərərçəkmiş tərəfdir və onun rəhbəri qurumun şərəfini müdafiə etmək niyyətindədir.

 

"İnformator.az"ın məlumatına görə, bunu Avropa Parlamentinin sədri Roberta Metsola Brüsseldə Avropa İttifaqı Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

 

Son bir neçə ay ərzində parlamentə hüquq-mühafizə orqanları tərəfindən istintaq üçün zəruri olan toxunulmazlıq hüququnun ləğvi ilə bağlı bir neçə sorğu daxil olub.


R.Metsola bildirib ki, Avropa Parlamenti deputatların hər hansı hüquq pozuntusuna yol verməsi barədə faktlar öz təsdiqini tapana qədər onların adlarının ictimaiyyətə açıqlanmaması üçün tədbirlər görəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər