00:00:00
Yazar
Admin User
23.12.2025 16:07 87 1 dəq oxuma
Dünya

Avstraliya Baş naziri İsrail Prezidentini rəsmi səfərə dəvət edib

Avstraliya Baş naziri İsrail Prezidentini rəsmi səfərə dəvət edib

Avstraliyanın Baş naziri Entoni Albaniz İsrail Prezidenti İsxak Hersoqu ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət Sidneydə yəhudi icmasına qarşı törədilmiş terror aktından sonra baş tutan telefon danışığı zamanı səsləndirilib və İsrail Prezidenti bu dəvəti qəbul edəcəyini bildirib.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, bu rəsmi səfər dəvəti iki ölkə arasında münasibətlərin daha açıq siyasi və təhlükəsizlik yönümlü mərhələyə keçə biləcəyini göstərir:

 

“Son illərdə Avstraliya-İsrail əlaqələri əsasən diplomatik dəstək və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf edib. Bu səfər isə tərəfdaşlığın strateji xarakter almasına, xüsusilə təhlükəsizlik, kəşfiyyat və terrorla mübarizə sahələrində daha dərin koordinasiyaya yol aça bilər. Sidneydə yəhudi icmasına qarşı törədilmiş terror aktından sonra edilən bu dəvət daxili təhlükəsizliklə xarici siyasət arasında birbaşa əlaqənin qurulduğunu göstərir. Avstraliya hökuməti mesaj verir ki, daxildə baş verən zorakılıq aktları xarici tərəfdaşlarla əməkdaşlığı daha da aktuallaşdırır. Rəsmi səfər zamanı böyük ehtimalla, təhlükəsizlik və terrorla mübarizə mövzularının gündəmin əsas hissəsini təşkil edəcək. Bu dəvət Avstraliya-İsrail münasibətlərini yeni mərhələyə daşımaqla yanaşı, Avstraliyanın qlobal təhlükəsizlik gündəliyində daha aydın və yeni mövqe tutduğunu nümayiş etdirir. Regiondakı gərginlik fonunda atılan bu addım, Avstraliyanın terrora qarşı mübarizədə tərəddüdsüz mövqe seçdiyini və bu mövqeni rəsmi diplomatik səviyyədə də möhkəmləndirmək istədiyini göstərir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər