00:00:00
Yazar
Admin User
23.10.2025 15:50 101 1 dəq oxuma
Dünya

Avstraliyada faciə

Avstraliyada faciə

Britaniyalı kişi sörf lövhəsi sınandan sonra boğulub, dostu da həlak olub. Avstraliyanın Viktoriya ştatında güclü külək və dalğalar nəticəsində iki britaniyalı kişi dənizdə boğulub. Hadisə çərşənbə günü Melburnun 45 km cənub-şərqində yerləşən Frankston çimərliyində baş verib.

 

Polisin məlumatına görə, 36 yaşlı kişi sörf edərkən lövhəsi qırılıb və o, güclü dalğalarda boğulub. Onu xilas etməyə çalışan 43 yaşlı dostu da eyni taleyi yaşayıb. Hadisə yerinə 15 dəqiqə ərzində polis helikopteri cəlb edilib və hər iki kişi sahilə çıxarılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Xilasedici zabit də su udduğu üçün xəstəxanaya yerləşdirilib, lakin sonradan evə buraxılıb. Polis rəsmisi Melisa Niksun bildirib ki, ölən sörfçünün təcrübəsi az olub və o, yeni öyrənməyə başlayıb:

“Belə hava şəraitində təcrübəli və ya təcrübəsiz olmağın fərqi yoxdur — suda olmaq çox təhlükəlidir", – deyə o qeyd edib.

Hakimiyyət orqanları həmin gün güclü küləklər (130 km/saat) səbəbindən ictimaiyyətə suda üzməmək barədə xəbərdarlıq edib. Polis hadisəni “tamamilə qarşısı alına bilən faciə” adlandırıb və ictimaiyyəti təhlükəli hava şəraitində dənizə girməməyə çağırıb.

 

BBC
Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər