Avstraliyada helikopter otelin damına çırpılıb və pilot ölüb
Avstraliyada "icazəsiz" uçduğu bildirilən helikopterin otelin damına çırpılması nəticəsində bir nəfər ölüb. Ölən şəxsin helikopteri idarə edən pilot olduğu bildirilib.
Avstraliyada "icazəsiz" uçuş həyata keçirən vertolyotun otelin damına çırpılması nəticəsində pilot həyatını itirib və oteldə qalan yüzlərlə insan təxliyə edilib.
"İcazəsiz" uçuş həyata keçirən helikopter Avstraliyanın şimalındakı Kvinslend əyalətinin Keyns şəhərində otelin damına düşüb. Yerli vaxtla saat 01.50 radələrində baş verən insidentdə helikopterin pilotu Cairns hava limanındakı anqarından havaya qalxaraq hadisə yerində dünyasını dəyişib. Helikopter otelin damına çırpıldıqdan sonra yanğın başlayıb və oteldə olan yüzlərlə insan təxliyə edilib. Səlahiyyətlilər helikopterdə yalnız pilotun olduğunu və onun hadisə yerində öldüyünü açıqlayıblar, oteldə qalan 80 yaşlı kişi və 70 yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.
Kvinslend polisi və aviasiya təhlükəsizliyinə nəzarət orqanı qəza ilə bağlı araşdırmaya başlasa da, helikopteri icarəyə götürən şirkət helikopterin “icazəsiz” uçuş etdiyini açıqlayıb.
Hadisə zamanı oteldə qalan Amanda Kay vertolyotun yağışlı havada işıqları sönmüş halda çox alçaq bir hündürlükdə uçduğunu deyib və "Çevrilərək binaya çırpılıb". Digər bir hadisə şahidi isə vertolyotun çox sürətlə uçduğunu iddia edərək, “Toqquşmadan bir neçə dəqiqə əvvəl vertolyot otelin qarşısından iki dəfə keçdi” deyib.
Kvinslend Təcili Yardım Xidmətindən (QAS) verilən açıqlamada, vertolyotun rotor qanadlarından ikisinin zərbə nəticəsində qoparaq kordona və otel hovuzuna düşdüyü bildirilib. QAS-ın sözçüsü Caitlin Dennings verdiyi açıqlamada, "Bunun bomba kimi səsləndiyinə dair məlumatlar var" dedi.
Mənbə: Hürriyet.com
Zeynəb Mustafazadə
