Avstraliyada ilk dəfə bir insanda quş qripi aşkar edilib
Avstraliyanın Viktoriya əyalətinin səhiyyə rəsmiləri ilk dəfə bir insanda quş qripinin (H5N1) aşkar edildiyini və sözügedən uşağın sağaldığını açıqlayıb.
Viktoriya ştatının səhiyyə rəsmiləri bu gün quş qripinə yoluxan uşağın mart ayında Hindistandan evə gəldiyini və özünü yaxşı hiss etmədiyini bildiriblər. Sonrakı testlərdə uşağa quş qripi (H5N1) diaqnozu qoyuldu və müalicədən sonra tam sağaldığı vurğulanıb. Virusun başqalarına ötürülmədiyini bildirən rəsmilər quş qripinin çoxlu müxtəlif alt növlərinin olduğunu və onların əksəriyyətinin insanlara ötürülmədiyini qeyd ediblər.
Son aylarda ABŞ-da südlük inəklərdə quş qripi aşkar edilib, fermada olan pişiklərin çiy süd içməsi nəticəsində pişiklərin öldüyü, fermada işləyən şəxsin yoluxduğu bildirilib. Rəsmilər Avstraliyada quş qripi virusunun ABŞ-da olduğu kimi olmadığını vurğulayıblar.
“İnsanlara ötürülməsi çox nadirdir; Qlobal miqyasda H5N1 ilə az sayda insan bildirildi, bəzi hallar ölümlə nəticələndi. Bu, Avstraliyada insanlarda yüksək patogen quş qripinin təsdiqlənmiş ilk halıdır və Avstraliyada ilk dəfə H5N1 tipli insan və ya heyvanda aşkar edilib",-deyə qeyd edilib.
Mənbə: Haber Global
Nəzrin Mirzəyeva