00:00:00
Yazar
Admin User
05.12.2025 18:45 86 1 dəq oxuma
Dünya

Avstraliyalı qardaşların qətli ilə bağlı qadın həbs cəzası alıb

Avstraliyalı qardaşların qətli ilə bağlı qadın həbs cəzası alıb

Ötən il Meksikada baş verən avtomobil qaçırılması zamanı üç turistin qətlində iştirakına görə bir qadın 20 il həbs cəzasına məhkum edilib.

 

23 yaşlı Ari Gisell avstraliyalı qardaşlar Ceyk və Kallum Robinson, həmçinin amerikalı dostları Kartr Rhooda qarşı zorakı hücumu təşviq etdiyini etiraf edib. Onlar 2024-cü ilin aprelində Meksikanın şimalında yerləşən Baxa Kaliforniya ştatında sörfinq səfərində olduqları zaman yoxa çıxmışdılar.

 

Onların cəsədləri sonradan başlarından güllə yarası ilə dərin bir quyunun dibində tapılıb.

 

Məhkəmədə deyilənə görə, Ari Gisell sörfçülərin avtomobilinin təkərlərinə maraq göstərib və həmin vaxtkı sevgilisi Xesus Herardoya “mənə yaxşı telefon və pikap maşınıma yaxşı təkərlər gətir”,- deyərək göstəriş verib.

 

Mənbə: BBC news 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər