Avstriya məktəbində 10 nəfər ölüb
Avstriyanın Qraz şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 9 nəfər həlak olub. Polis hücumçunun da məktəbin hamamında intihar etdiyini bildirib.
Daxili işlər naziri Gerhard Karner bildirib ki, həlak olan 9 nəfərdən 6-sı qadın, 3-ü isə kişidir. Karner həmçinin şübhəlinin məktəbin keçmiş şagirdi olduğunu, lakin məzun olmadığını bildirib.
Qraz polisi şübhəlinin 21 yaşlı avstriyalı olduğunu təsdiqləyib. Hücum zamanı ciddi xəsarət alanlar da var. Yerli media 28 nəfərin yaralandığını bildirib. Hücum edən şəxsin iki silahdan istifadə etdiyi də bildirilir. Hücumun məqsədinin nə olduğu hələlik bəlli deyil. Hücum yerli vaxtla saat 10:00 radələrində Avstriyanın ikinci böyük şəhərindəki Dreierschützengasse liseyində baş verib.
BBC news
Aysel Mirzəyeva