Avtomobil may ayında yenidən ixrac çempionu olub
2025-ci ilin may dövrünə aid ixrac məlumatları açıqlanarkən, ən çox ixrac edilən sektor 3,9 milyard dollarla avtomobil sektoru olub. Avtomobil sektorunu kimya və məhsullar, elektrik-elektronika sektoru izləyib.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, sənaye qrupu sektorlarından biri olan avtomobil sənayesi may ayında 3,9 milyard dollarlıq ixracat əldə edib. Bu sektoru 2,8 milyard dollarla kimya və məhsullar sektoru və 1,7 milyard dollarla elektrik-elektronika sektoru izləyib. May ayında ixracatını ən çox artıran sektor yüzdə 118,2 ilə gəmilər, yaxtalar və xidmətlər olub.
Türkiyənin ixracatının 83,1 faizini təşkil edən sənaye qrupunun ixracı keçən ay yüzdə 4,4 artaraq 17,9 milyard dollara çatıb. May ayında ixracın 14,5 faizini təşkil edən kənd təsərrüfatı qrupunda ixrac 1 faiz azalaraq 3,1 milyard dollar, ixracın 2,5 faizini təşkil edən mədənçıxarma qrupunda isə ixrac 2,3 faiz azalaraq 533,2 milyon dollar olub.
A haber
Aysel Mirzəyeva