00:00:00
Yazar
Admin User
11.11.2025 17:31 138 2 dəq oxuma
Dünya

Axios: Demokratlar şatdaunu bitirmək istəyir

Axios: Demokratlar şatdaunu bitirmək istəyir

Onların sözlərinə görə, demokratlar bazar günü Senatda hökumətin fəaliyyətinin dayandırılmasını (şatdaun) sona çatdıra biləcək qanun layihələri paketini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Məqalədə qeyd olunub ki, prosedur səsverməsi zamanı ən azı 10 demokratın sözügedən qanun layihələrini dəstəkləyəcəyi gözlənilir. Daha əvvəl demokratlar respublikaçıların bu istiqamətdəki qanunvericilik təşəbbüslərini dəstəkləməkdən imtina ediblər.

 

Bu mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “ İnformator.az”a bildirib ki, ABŞ-də siyasi mübarizənin ən təsiredici vasitələrindən biri şatdaun adlandırılan federal hökümətin fəaliyyətinin qismən müəyyən müddətədək dayandırılmalıdır:

 

“Prezident Tramp ümumi prezidentliyi dövründə artıq 3-cü şatdaunla üzləşib. ABŞ Konqresi yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyinə görə federal hökumət oktyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu böhrana yol açıb və dövlət milyardlarla pul itirib. Bu konqresdə bu demokratlarla respublikaçılar arasında fikir ayrılığı prezidenti yürütdüyü səhiyyə ilə bağlı olub. Demokratların yuxarı palatadakı fraksiyası büdcə qanunvericilik paketinin bir hissəsi olan, respublikaçıların təklif etdiyi səhiyyə qanun layihəsini qəbul etməkdən imtina edib. Onlar bununla bağlı bir çox şeyi, ilk növbədə Medicaid-in ləğvini bəyənmirlər. Bu da nəticə etibarı ilə yeni federal büdcənin qəbuluna imkan verməyib. Demokratlar büdcə ilə bağlı Trampa təsir etməklə yanaşı həm də respublikaçıların mövqelərini bir qədər zəiflətmək üçün istifadə ediblər. Fikrimcə Nyu-Yorkada mer seçkilərində demokratların qalib gəlməsində federal hökümət böhranı da səbəblərdən biri olub. Yüz minlərlə məmurun məcburi məzuniyyətə göndərilməsi və maliyyələşməməsi respublikaçılara qarşı etiraz doğurub. Prosesin davam etməsi Birləşmiş Ştatlara böyük iqtisadi maliyyə və siyasi itkilər verməkdədir. İlkin məqsədlərinə çatdıqlarına görə demokratlarla respublikaçılar şatdaunun aradan qaldırılması yönündə razılığa gəlinib. Senat 60 səs çoxluğu ilə qanunu qəbul edib. Odur ki, inadkarlıq demokratların əleyhinə işləyə bilər və Tramp belə fürsətləri ustalıqla dəyərləndirməyə qadirdir. Bir aydan çox davam edən şatdaunun ciddi təsirləri gələcək seçkilərdə göstərəcək”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər