00:00:00
Yazar
Admin User
22.03.2025 10:43 370 1 dəq oxuma
Sosial

AYNA Nardaranla bağlı səhvini düzəltdi

AYNA Nardaranla bağlı səhvini düzəltdi

Bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılması müzakirələrə səbəb olub.

 

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə verdi.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq həmin istiqamətlərdə yol nişanlarında “Sea Breeze” adı silinib, əvəzində isə Nardaran adı əks olunub.

 

Qeyd edək ki, “Sea Breeze” lövhələrdə Azərbaycan dilində olmayan yeganə ad idi. Görəsən, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi?

 

 Yoxsa, əksəriyyətin narazılığına səbəb olacaq addımı atıb, sonra da ona düzəliş etmək üçün dövlət büdcəsinə yenidən əl atmaq lazım imiş?

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər