00:00:00
Yazar
Admin User
24.04.2025 17:46 249 1 dəq oxuma
Siyasət

Ayxan Hacızadə: “Şəffaflıq vacibdir, amma dövlət maraqları ilə toqquşmamalıdır”

Ayxan Hacızadə: “Şəffaflıq vacibdir, amma dövlət maraqları ilə toqquşmamalıdır”

Bakı Dövlət Universitetində keçirilən görüş zamanı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə jurnalistikanın və diplomatiyanın kəsişdiyi nöqtələrə toxunaraq vacib mesajlar verdi.

Ayxan Hacızadənin sözlərinə görə,
jurnalist fəaliyyətində şəffaflıq prinsipi əsas yer tutur, lakin bu, dövlət maraqları ilə ziddiyyət təşkil etməməlidir:

"Əgər məlumatın yayılması ölkənin imicinə və maraqlarına mənfi təsir göstərə bilərsə, bu zaman jurnalistin ehtiyatlı davranması zəruridir. Jurnalist doğru xəbəri elə təqdim etməlidir ki, bu,dövlətin maraqlarına zərər vurmasın. Bu, artıq jurnalistin peşəkarlığından asılıdır. Diplomatiya və jurnalistika arasında incə, lakin vacib bir xətt mövcuddur. Hər iki peşə qarşılıqlı anlayış tələb edir və belə hallarda ortaq məxrəc — informasiya obyektivliyini qorumaqla yanaşı, milli maraqları da nəzərə almaq — əsas peşə etikası sayılır".

Fəridə Sadıqzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər