Azərbaycan ABŞ şirkəti ilə süni intellekt infrastrukturu yaratmağı müzakirə edib
Azərbaycan və ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkəti arasında müvafiq infrastrukturun yaradılması müzakirə edilib.
"İnformator.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik",- deyə nazir qeyd edib.