00:00:00
Yazar
Vüqar Alışov
05.03.2026 16:14 48 1 dəq oxuma
Siyasət

"Azərbaycan adekvat addımlar atmağa hazırdır"-POLİTOLOQDAN ŞƏRH

"Azərbaycan adekvat addımlar atmağa hazırdır"-POLİTOLOQDAN ŞƏRH

“Naxçıvan Muxtar Respublikasında mülki infrastruktur obyektinin və hava limanının hədəfə alınması tamamilə qeyri-dost addımdır, bunu xain terror hücumu kimi qiymətləndirmək olar”.

 

İranın Naxçıvanı hədəfə alması ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, dünən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edərək Ali dini liderin vəfatı ilə əlaqədar başsağlığı verdi: 

 

“Məhz bir gün sonra baş verən bu xain hücum tamamilə anlaşılmazdır. Azərbaycan daim qonşuları ilə mehriban qonşuluq siyasəti həyata keçirib, çətin və böhranlı dövrlərdə onlara yardım edib. Həmçinin ölkəmiz heç vaxt öz hava məkanından, quru sərhədlərindən və su ərazisindən İran ərazisinə qarşı hərbi hərəkətlərə yol verməyib. Bu terror hücumu dərhal araşdırılmalı və məsul şəxslər barədə izahat verilməlidir. Azərbaycan özünü müdafiə hüququnu qoruyur və adekvat addımlar ata bilər”.

#Müharibə #Azərbaycan #İran #Dron #Hücum #Terror
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər