00:00:00
Yazar
Zəri Bayramlı
11.03.2026 22:46 14 1 dəq oxuma
Siyasət

Azərbaycan-Aİ ticarət əlaqələri müzakirə olunub

Azərbaycan-Aİ ticarət əlaqələri müzakirə olunub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparılıb.

 

“İnformator.az” xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edilib, Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirilib.

 

 

Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikir mübadiləsi aparılıb.

#baki #xəbər #ticarət #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər