00:00:00
Yazar
Elmira Ağayeva
30.07.2026 20:57 76 2 dəq oxuma
Siyasət

Azərbaycan Avrasiya məkanında strateji mövqeyini daha da möhkəmləndirir

Azərbaycan Avrasiya məkanında strateji mövqeyini daha da möhkəmləndirir

 

Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, qlobal təchizat zəncirində yaşanan yenidənqurma prosesləri və təhlükəsiz ticarət marşrutlarına olan tələbat Orta Dəhlizin əhəmiyyətini misli görünməmiş dərəcədə artırıb. Şərqlə Qərbi birləşdirən ən qısa, təhlükəsiz və səmərəli marşrut kimi öndə gedən bu dəhliz yalnız bir nəqliyyat xətti deyil, eyni zamanda, region ölkələri arasında iqtisadi inteqrasiyanı və sabitliyi möhkəmləndirən strateji bir körpüdür.



Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki,Biz hər nə qədər Azərbaycanın coğrafi mövqeyini strateji mövqe kimi səciyyələndirsək də, bu, natamam strateji mövqedir:

 

“Çünki Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur. Ancaq vaxtında atılmış addımlar, qəbul edilmiş düzgün qərarlar Azərbaycanın bu natamam mövqeyini tamamladı.Bu addımlar hansılar idi? Əlbəttə ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin çəkilməsi, TANAP və TAP layihələrinin, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi və hazırda isə Zəngəzur dəhlizinin açılması ilə bağlı real imkanların yaradılması.Bu, artıq Azərbaycanın coğrafi mövqeyini sözün əsl mənasında qlobal aktorlar üçün də strateji mövqeyə çevirir. Ona görə də mən düşünürəm ki, hazırda bütün dünyanın diqqət mərkəzində olan Orta Dəhlizin işə düşməsi Azərbaycanın həyata keçirdiyi layihələrlə, Azərbaycan–Avropa İttifaqı əlaqələri və Azərbaycan–Çin əlaqələri ilə bağlıdır.Əgər məsələni bir qədər də lokallaşdırsaq, görəcəyik ki, Türk Dövlətləri Təşkilatı və Azərbaycan münasibətləri də burada mühüm rol oynayır.
Buna görə də artıq reallaşmaqda olan Orta Dəhliz layihəsi şübhəsiz ki, Azərbaycanın sadəcə regional strateji mövqeyini gücləndirməyəcək, onun beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirəcək və rolunu artıracaq”.

 

Nurgün Qənizadə

#Azərbaycan #Avrasiyaməkanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər