00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 21:46 20 1 dəq oxuma
Siyasət

"Azərbaycan-Böyük Britaniya əməkdaşlığı strateji tərəfdaşlığın yeni mərhələsidir" - ŞƏRH

"Azərbaycan-Böyük Britaniya əməkdaşlığı strateji tərəfdaşlığın yeni mərhələsidir" - ŞƏRH

Azərbaycan və Böyük Britaniya arasında texnologiya və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmə gəlib. Xüsusilə süni intellekt texnologiyalarının tətbiqi, bilik mübadiləsi və mümkün investisiya imkanları əsas müzakirə mövzusu olub.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Britaniya şirkətləri Azərbaycan bazarında artıq mövcuddur:

 

“Britaniya şirkətləri Azərbaycanda investisiya yatırırlar. Xüsusilə enerji sektorunda böyük layihələr həyata keçirilir və bu sahədə əsas oyunçulardan biri BP-dir. Neftin hasilatı və ixracı ilə bağlı iri layihələr uzun illərdir Britaniya şirkətləri tərəfindən idarə olunur. Süni intellekt sahəsində əməkdaşlıq iqtisadiyyatda texnologiyaların tətbiqini genişləndirə bilər. Bu əməkdaşlıq real layihələrə çevrilərsə, Azərbaycan iqtisadiyyatında rəqəmsal texnologiyalardan istifadə artar. Bu isə məhsuldarlığın yüksəlməsinə və bəzi sahələrdə xərclərin azalmasına səbəb ola bilər”.

 

Xalid Kərimli vurğulayıb ki, süni intellekt həm yeni imkanlar, həm də risklər yaradır:

 

“Süni intellekt yeni iş yerləri yarada bilər, xüsusilə yüksək ixtisas tələb edən sahələrdə. Amma eyni zamanda mövcud bəzi iş yerlərinin ixtisarı riski də var. Dünyada əsas narahatlıq ondan ibarətdir ki, süni intellektin geniş tətbiqi bir sıra ənənəvi peşələrin azalmasına gətirib çıxara bilər. Nəticə əməkdaşlığın real tətbiqindən asılı olacaq. Əməkdaşlıq sadəcə müzakirə səviyyəsində qalmasa və konkret layihələrə çevrilsə, o zaman iqtisadiyyatda texnoloji yenilənmə sürətlənə bilər. Əks halda, bu cür görüşlər simvolik xarakter daşıyacaq”.

 

Ayşə Müzəfərli

#baki #azərbaycan #gündəm #xəbər #strateji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər