00:00:00
Yazar
Elmira Ağayeva
12.08.2026 22:01 48 1 dəq oxuma
Araşdırma

“Azərbaycan enerji mərkəzinə çevrilir”-NATİQ CƏFƏRLİ

“Azərbaycan enerji mərkəzinə çevrilir”-NATİQ CƏFƏRLİ

Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur.
Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan bir enerji mərkəzinə çevrilir:


“Qara dənizin dibi ilə Avropa enerji xətti çəkilir. Gürcüstanla bir yerdə, Orta Asiya respublikalarının da bura marağı var. Belə bir layihə uzun illərdir işlənilir. Bununla bağlı işlər gedir və Azərbaycan da burada önəmli rol oynayır. Elektrik enerjisinin ixracı təbii ki, Azərbaycana əlavə dividendlər və əlavə valyuta gəlirləri gətirəcək. Amma bu çox böyük neft gəlirləri demək deyil, bu bir qədər gəlirdir.  Çünki bunun çəkilmə xərcləri var, o xərclər çıxmalıdır. Amma  Azərbaycan, həm də bir elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi Avropa bazarında rol oynamağa başlayacaq. Bu da Azərbaycan üçün həm iqtisadi nöqteyi-nəzərdən, həm geosiyasi nöqteyi-nəzərdən çox önəmlidir”.

Nuray Əliyeva

#cəfərli̇ #baki #azərbaycan #enerji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər