00:00:00
Yazar
Zəhra Həsənova
25.06.2026 20:49 19 1 dəq oxuma
Siyasət

Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Energetika naziri Pərviz Şahbazovla İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur:

 

“İordaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları hər iki ölkənin qarşılıqlı maraqları əsasında formalaşır. Belə ki, Azərbaycan enerji istehsalçısı və ixracatçısı kimi beynəlxalq nüfuza malik ölkədir. İordaniya isə enerji sektorunda böyük ölçüdə idxaldan asılıdır və enerji ehtiyaclarını əsasən Səudiyyə Ərəbistanı, İraq və İsraildən təmin edir. Lakin İordaniya günəş enerjisi potensialına görə regionun aparıcı ölkələrindən biri hesab olunur. Başqa sözlə, ölkə enerji idxalından asılılığı azaltmaq, günəş və külək enerjisi kimi alternativ enerji mənbələrini inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə müxtəlif layihələrin həyata keçirilməsinə ciddi investisiyalar yönəldilir. Azərbaycan isə enerji sektorunda zəngin təcrübəyə və ixtisaslaşmış potensiala malikdir. Bu baxımdan, qarşılıqlı maraqlar və razılaşmalar çərçivəsində iki ölkə arasında enerji sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar mövcuddur".

 

Arzu Poladova

#azərbaycan #əməkdaşlıq #xəbər #dəyərləndirilib #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər