00:00:00
Yazar
Hüseynova Mələk
26.06.2026 19:12 17 1 dəq oxuma
Hadisə

Azərbaycan kursantları Qazaxıstanda keçirilən "Aybın-2026" toplanışında iştirak edirlər

Azərbaycan kursantları Qazaxıstanda keçirilən "Aybın-2026" toplanışında iştirak edirlər

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" Gənclərin Hərbi-Vətənpərvərlik Toplanışında iştirak edir.

 

“İnformator.az” "Report"a istinadən xəbər verir ki, toplanışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları, həmçinin Qazaxıstanın güc strukturlarının, hərbi təhsil müəssisələrinin və hərbi-vətənpərvərlik klublarının nümayəndələri iştirak edirlər.

 

Tədbirin əsas mərhələləri plana uyğun olaraq Şokan Ualixanov adına Hərbi Kollecin "Amandık" təlim poliqonunda keçirilir. Toplanış çərçivəsində 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, eləcə də robototexnika üzrə yarışlar təşkil olunur.

Azərbaycan komandası "Aybın-2026" toplanışında yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək Azərbaycanı layiqincə təmsil edir.

#kursant #Qazaxıstan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər