00:00:00
Yazar
Güllər Gülhüseynova
23.07.2026 23:09 30 3 dəq oxuma
Dünya

Azərbaycan milli komandasının Beynəlxalq İqtisadiyyat Olimpiadasındakı uğuru

Azərbaycan milli komandasının Beynəlxalq İqtisadiyyat Olimpiadasındakı uğuru

Azərbaycan məktəbliləri Çində keçirilən Beynəlxalq İqtisadiyyat Olimpiadasında bir gümüş və bir bürünc medal qazanaraq ötən illə müqayisədə nəticələrini yaxşılaşdırıblar.


"Bu nəticə Azərbaycanın beynəlxalq fənn olimpiadalarında iştirak səviyyəsinin tədricən yüksəldiyini göstərən müsbət göstəricilərdən biridir deyərdim. Xüsusilə nəzərə almaq lazımdır ki, Beynəlxalq İqtisadiyyat Olimpiadası dünyanın müxtəlif ölkələrindən ən hazırlıqlı şagirdlərin iştirak etdiyi nüfuzlu yarışlardan biri hesab olunur. Belə bir platformada gümüş və bürünc medalların qazanılması, üstəlik, əvvəlki illərlə müqayisədə nəticələrin daha da yaxşılaşması təsadüfi bir uğur da deyil".

Bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu, sistemli hazırlığın nəticəsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, həm istedadlı şagirdlərin potensialını, həm də onların hazırlanmasında iştirak edən müəllimlərimizin məşqçilərin əməyini əks etdirir:


"Ölkəmiz üçün son illərdə medal səviyyəsinin yüksəlməsinin bir neçə əsas səbəbi var. İlk növbədə istedadlı şagirdlərin daha erkən mərhələdə müəyyən edilməsi və onların məqsədyönlü şəkildə olimpiadalara hazırlanmasını təmin etməkdir. Digər tərəfdən, beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlki illərin tapşırıqlarının sistemli şəkildə təhlili, təlim düşərgələrinin təşkili, fərdi hazırlıq proqramlarının tətbiqi nəticələrin keyfiyyətinə bilavasitə təsir göstərir. Bu isə müəllimlərin peşəkarlığının artmasıdır. Şagirdlərin xarici dillər, məsələn, xüsusilə də ingilis dilini daha yaxşı bilməsi beynəlxalq olimpiadalarda üstünlük qazandıran amillərdəndir. Çünki bu yarışlarda yalnız nəzəri bilik deyil, analitik düşüncə, problem həll etmə bacarığı, məntiqi təhlil, Olimpiadada iqtisadi prosesləri düzgün qiymətləndirmək qabiliyyəti yoxlanılır. Bununla yanaşı, son illər beynəlxalq olimpiada nailiyyətlərinə dövlət səviyyəsində göstərilən diqqət də motivasiyanı artıran əsas vacib amillərdən biridir". 


Müsahibimiz sözlərinə görə, şagirdlər artıq görürlər ki, beynəlxalq uğurlar həm onların akademik inkişafına, həm də gələcək təhsil, həmçinin karyera imkanlarına ciddi şəkildə töhfə verir. Bu da daha çox gəncin olimpiada hazırlığına qoşulmasına səbəb olur. Belə uğurların gənclərə təsiri isə olduqca əhəmiyyətlidir:

 

"Uğur qazanan məktəblilər öz yaşıdları üçün də bir nümunəyə çevrilirlər və göstərirlər ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmək mümkündür. Xüsusilə iqtisadiyyat kimi bir strateji sahədə əldə olunan bu nailiyyətlər bizim gənclərimizdə iqtisadi təfəkkürün formalaşmasına, maliyyə savadlılığına və bu istiqamətdə ali təh daha da artırır və bu, uzunmüddətli perspektivdə ölkəmizin iqtisadçı, maliyyəçi, analitik və siyasət formalaşdıran peşəkar kadr ehtiyatının güclənməsinə də müsbət təsir göstərəcək deyə düşünürəm. Eyni zamanda bu uğurlar cəmiyyətə də bir mühüm bir mesaj verir. İstedadın vaxtında aşkar edilməsi, düzgün istiqamətləndirilməsi və keyfiyyətli hazırlıq olduqda artıq Azərbaycan məktəbliləri dünyanın ən güclü şagirdləri ilə rəqabət apara bilər. Ona görə də bu nailiyyətləri biz yalnız medal kimi deyil, ölkənin insan kapitalına qoyulan investisiyanın nəticəsi kimi yanaşmalıyıq. Əsas hədəf isə bu uğurları ayrı-ayrı nümunələrdə məhdudlaşdırmamaq olmalıdır. Onları davamlı şəkildə bir sistemə çevirməliyik və gələcək illərdə də daha çox, hətta deyərdim, qızıl medal qazanacaq məktəblər yetişdirməliyik".


Zəhra Möhübbətova

#milli #azərbaycan #i̇qtisadiyyat #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər