Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkatma tarixi açıqlanıb
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.
“İnformator.az” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Tədbir iyulun 17-də, saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.