00:00:00
Yazar
Elmira Ağayeva
24.07.2026 21:12 30 2 dəq oxuma
Siyasət

Azərbaycan-Rusiya dialoqu strateji tərəfdaşlığın davam etdiyini göstərir”-ŞƏRH

“Azərbaycan-Rusiya dialoqu strateji tərəfdaşlığın davam etdiyini göstərir”-ŞƏRH

İyulun 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevlə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.



Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyası Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevlə keçirdiyi görüş iki ölkə arasında strateji tərəfdaşlıq, dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirən mühüm siyasi mesajlar verir:


“Bu təmas mövcud ikitərəfli münasibətlərdə həm ənənəvi əməkdaşlıq istiqamətlərinin qorunub saxlanıldığını, həm də qlobal çağırışlara uyğun olaraq yeni sahələrin, xüsusilə yaşıl iqtisadiyyat və ekologiya istiqamətinin gündəliyə aktiv şəkildə daxil edildiyini göstərir. Tərəflər arasında yüksək səviyyədə qorunan qarşılıqlı etimad mühiti regional təhlükəsizlik və iqtisadi sabitliklə bağlı məsələlərin açıq müstəvidə müzakirə olunmasına imkan yaradır. İqlim dəyişikliyi ilə mübarizə və COP platforması çərçivəsində aparılan müzakirələr fonunda tərəflər qlobal ekoloji təşəbbüslərdə koordinasiyalı fəaliyyət göstərməyi və beynəlxalq səviyyədə ortaq mövqeləri uzlaşdırmağı əsas siyasi hədəf kimi ön plana çıxarırlar. Azərbaycanın qlobal iqlim hərəkatındakı liderliyi və yaşıl enerji keçidi siyasəti Rusiya ilə əməkdaşlıqda yeni texnoloji, iqtisadi və ekoloji layihələrin reallaşdırılması üçün zəmin yaradır, eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə ekoloji təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfəni gücləndirir. Cənubi Qafqazda və ümumilikdə regionda baş verən sürətli geosiyasi proseslər, nəqliyyat-kommunikaya xətlərinin açılması, eləcə də qlobal təchizat zəncirlərindəki dəyişikliklər bu görüşün gündəliyinə birbaşa təsir göstərərək iqtisadi və ekoloji təhlükəsizliyin regional sabitliklə sıx bağlandığını bir daha təsdiqləyir. Bu da tərəflərə qlobal çağırışlar qarşısında praktiki həll yolları tapmaq imkanı qazandırır”.


Nuray Əliyeva

#Azərbaycan #Rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər