00:00:00
Yazar
Asiman Vəliyeva
25.02.2026 19:23 21 2 dəq oxuma
Siyasət Özəl

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri arasında üçtərəfli görüş keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri arasında üçtərəfli görüş keçirilib

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilib. Görüşdə regional və qlobal geosiyasi proseslər, münaqişələrin diplomatik həlli, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Növbəti üçtərəfli iclasın Gürcüstanda keçirilməsi qərara alınıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, parlamentlər arasında əməkdaşlıq təhlükəsizlik siyasətinə, əlbəttə ki, birbaşa təsir göstərəcək amildir:

 

“Çünki parlamentlər insanların bir araya gəldiyi, müzakirələr apardığı və qərarlar qəbul etdiyi yerdir. Belə yerlərdə əgər müzakirələr aparılırsa, bu, hansısa meydanlarda, hansısa şəraitdə qarşıdurmaların qarşısını da faktiki olaraq alan olur. Yəni parlament müzakirələri xalqlar və dövlətlər arasında münasibətlərin masa arxasında dinc şəkildə həllinə böyük töhfə verir. Üstəlik də bizim Güney Qafqaz kimi gərginliklərdən heç vaxt xali olmayan bir bölgədə parlamentlərarası münasibətlərin bu cür tutulması, əlbəttə ki, faydalıdır, məqsədəuyğundur. Belə formatda digər bölgə ölkələrinin də cəlb edilməsinə gəlincə, biz həmişə demişik ki, ümumiyyətlə, indiki şəraitdə Gürcüstanla Rusiyanın münasibətlərinin gərginliyini nəzərə alaraq 3+3 formatındakı görüş baş tutmur. Bilirsiniz, Azərbaycanın belə bir təşəbbüsü var-üç Güney Qafqaz ölkəsi, Rusiya, İran və qardaş Türkiyə. Bu baş tutmadığına görə mən də xeyli müddətdir belə bir təklifi dilə gətirirəm ki, ən uyğun və ən məqbulu bu olub: 3+1 formatında görüşlər, müzakirələr aparılsın, o cümlədən də parlamentlər səviyyəsində. Yəni söhbət nədən gedir? Üç Güney Qafqaz ölkəsi-Azərbaycan, Gürcüstan və Ermənistan.Eyni zamanda qardaş Türkiyə. Bu dördlünün birlikdə müzakirələri, mənə elə gəlir ki, ən uyğun, ən faydalı ola bilər”.


Siyasi şərhçinin sözlərinə görə, Türkiyə həmişə Qafqazda olub, bu gün də var, gələcəkdə də olacaq:

 

“Üstəlik də Azərbaycandan başqa Ermənistan da, Gürcüstan da Türkiyə ilə həmsərhəd dövlətlərdir. Əlavə olaraq da, onlar daim Türkiyə, yaxud da Osmanlı coğrafiyasının bir parçası olublar. Yəni həmişə fəal olublar. O baxımdan düşünürəm ki, 3+1 formatı daha məqsədəuyğun ola bilər. Əlbəttə ki, gələcəkdə biz hətta Gürcüstanla Ermənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi cəlb edilməsini də nəzərdən keçirə bilərik. Yəni bu, istər Türk Parlament Assambleyasında, istərsə də Türk Dövlətləri Təşkilatının özündə, bu baxımdan müzakirələr yerinə düşər. İranla bağlı məsələ isə hələ açıq qalır. Rusiya ilə bağlı məsələ açıq qalır. Hələ ki, onların problemləri həll edilməyib. Ona görə də onlarla bizim masa arxasında müzakirə edəcəyimiz məsələlər elə də çox deyil”.

 

Mələk Hüseynova

#gündəm #azərbaycan #keçirilib #görüş #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər