00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 21:36 19 2 dəq oxuma
Siyasət

“Azərbaycan üçün əsas hədəf Avropa bazarı olmalıdır” - ŞƏRH

“Azərbaycan üçün əsas hədəf Avropa bazarı olmalıdır” - ŞƏRH

Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi ilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, sənaye əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, Azərbaycan Avstriya deyil, ümumilikdə Avropa bazarını hədəfləməlidir:


“Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin inkişafı üçün ciddi real sektor hələlik formalaşmayıb. Azərbaycan kənd təsərrüfatı məhsullarını məhz Avstriya bazarına deyil, ümumilikdə Avropa bazarına çıxarmağı hədəfləməlidir. Çünki Avropa bazarında lisenziya və keyfiyyət standartları bütün ölkələr üçün eynidir və bu baxımdan daha geniş imkanlar mövcuddur. Təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı sektoru daha çox subsidiya hesabına fəaliyyət göstərir. Dövlət vəsaiti hesabına bu sahə dəstəklənsə də, proseslərin şəffaflığı ilə bağlı müəyyən suallar qalır. Digər tərəfdən, əsas məsələ yalnız istehsal deyil, həm də məhsulların satışının təşkil olunmasıdır. Satış kanallarının yaradılması və genişləndirilməsi istiqamətində ciddi addımların atılması vacibdir. Bu baxımdan Avstriya Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyan bazar sayılmır. Azərbaycan əsas diqqəti Avropa bazarına yönəltməlidir. Bu çərçivədə Avstriya ilə əməkdaşlıq da ümumi Avropa bazarının bir hissəsi kimi inkişaf edə bilər. Eyni zamanda qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi də hələlik çox cəlbedici perspektiv kimi görünmür. Əməkdaşlıq daha çox turizm kimi sahələrdə nəzərdən keçirilə bilər. Lakin bu münasibətlər qeyri-şəffaf şəkildə qurularsa və hansısa şəxsi maraqlara xidmət edərsə, bu, ölkə üçün fayda yox, zərər gətirə bilər. Ümumilikdə isə bu istiqamətdə ciddi müsbət nəticələr gözləmək hələlik real görünmür”.


Arzu Poladova

#avropa #əsas #gündəm #olmalıdır” #“azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər