00:00:00
Yazar
Asiman Vəliyeva
26.02.2026 21:24 20 1 dəq oxuma
Siyasət

Azərbaycan və Ermənistan arasında ticarətin perspektivləri və iqtisadi gözləntilər

Azərbaycan və Ermənistan arasında ticarətin perspektivləri və iqtisadi gözləntilər

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması fonunda iqtisadi əməkdaşlıq məsələsi yenidən gündəmə gəlib. Son illərdə aparılan danışıqlar göstərir ki, proses artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret hüquqi və iqtisadi mexanizmlərin formalaşdırılması istiqamətində davam edir. Ekspertlər hesab edirlər ki, mümkün ticarət əlaqələrinin qurulması regionda sabitliyə və iqtisadi canlanmaya yeni imkanlar yarada bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisad eksperti Natiq Cəfərli bildirib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyur:

 

“Ermənistanın ərazisi və əhalisi nəzərə alındıqda, ilkin mərhələdə ticarət dövriyyəsinin böyük həcmdə olacağını söyləmək çətindir. Lakin əsas məsələ prosesə düzgün istiqamətdə və mərhələli şəkildə yanaşmaqdır. Bu əməkdaşlıq hər iki ölkənin iş adamları üçün əlavə qazanc imkanları yarada bilər. Qarşılıqlı ticarət, yeni bazarlara çıxış və regional iqtisadi inteqrasiya perspektivləri biznes mühitinə müsbət təsir göstərə bilər. Bununla belə, hələ görüləsi işlər var. İnfrastrukturun qurulması, nəqliyyat və logistika xətlərinin bərpası, bank köçürmələrinin təmin edilməsi, sığorta və maliyyə xidmətlərinin təşkili vacib şərtlər sırasındadır. Yalnız bu mexanizmlər formalaşdıqdan sonra sahibkarlar daha geniş və təhlükəsiz şəkildə əməkdaşlığa qoşula bilərlər. Ümumilikdə isə gedişat və istiqamət müsbət qiymətləndirilə bilər. Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması, şübhəsiz ki, hər iki ölkənin iqtisadiyyatına töhfə verəcək və regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək”.


Gövhər Mehyəddinova

#yeni #ticarətin #gündəm #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər