00:00:00
Yazar
Aişə Mustafayeva
23.02.2026 13:56 12 1 dəq oxuma
Siyasət

Azərbaycan və Pakistan XİN rəhbərləri arasında müzakirə

Azərbaycan və Pakistan XİN rəhbərləri arasında müzakirə

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini  Xarici İşlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Azərbaycan Pakistanla mütəmadi olaraq iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələləri müzakirə edir:

 

"Bu xarici siyasətin koordinasiyası baxımından önəmlidir. Bu dəfəki telefon danışığında regionda baş verən hadisələr, Yaxın Şərqdə vəziyyət və Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sülh Şurasında Azərbaycanla yanaşı Pakistanın da iştirakı bu sahənin, xüsusilə, müzakirəsini zəruri edir. Digər tərəfdən, İranla bağlı narahatlığın da bu telefon danışığının gündəmində olması mümkündür. Çünki hər iki ölkə İranla geniş sərhədə malikdir. Bu qədər gərgin bir dövrdə Azərbaycanla Pakistanın prosesləri birgə müzakirəsi və ortaq hərəkət etməsi önəmlidir".

 

Aişə Mustafayeva

#ediblər #xəbər #baki #pakistan #xi̇n
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər