00:00:00
Yazar
Səadət Əlizadə
22.06.2026 11:26 20 1 dəq oxuma
Siyasət

Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib

Azərbaycan və Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə edib

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər.

 

​Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bundan əlavə, görüşdə müvafiq istiqamət üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

#müzakirə #hərbçiləri #azərbaycan #planlaşdırılmasını
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər