00:00:00
Yazar
Güllər Gülhüseynova
07.11.2026 17:15 15 1 dəq oxuma
Dünya

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyonmanat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək.

 

"İnformator.az" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

 

Sənədə əsasən, eyni zamanda bu vəsait fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcək.

 

Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 800,9 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 247,4 milyon manat (44,7 %) çoxdur. Baytarlıq tədbirləri üçün isə 53,3 milyonmanat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 8,4 milyon manat və yaxud 18,6 % artım deməkdir.

#təsərrüfatı #xərclərinin #azərbaycanda #açıqlanıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər