00:00:00
Yazar
Hüseynova Mələk
17.06.2026 18:44 20 1 dəq oxuma
Hadisə

Azərbaycanda ilk İslam rəqəmsal maliyyə platforması işə salına bilər

Azərbaycanda ilk İslam rəqəmsal maliyyə platforması işə salına bilər

IFAAS (Islamic Finance Advisory & Assurance Services) şirkəti Azərbaycanda ilk dəfə İslam rəqəmsal maliyyə platforması yaratmaq niyyətindədir.


"İnformator.az" xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Fərrux Raza Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları zamanı məlumat verib.

 

O dəqiqləşdirib ki, IFAAS Azərbaycan seqmentində İslam rəqəmsal maliyyəsinə tələbatı qiymətləndirmək üçün müstəqil bazar araşdırması aparıb.

"Əldə olunmuş nəticələrə əsasən, IFAAS Azərbaycanda ilk İslam rəqəmsal maliyyə platformasını işə salmaq niyyətindədir. Yeni müəssisə IFAAS-nin unikal ekspertizası və IFIN rəqəmsal platforması əsasında və Azərbaycan Mərkəzi Bankından müvafiq icazə alınmaqla kiçik və orta biznes üçün tam rəqəmsal, Şəriət prinsiplərinə uyğun maliyyələşdirmə (o cümlədən avadanlıqların, dövriyyə kapitalının maliyyələşdirilməsi, ticarət və ixracdan əvvəl maliyyələşmə), həmçinin pərakəndə müştərilər üçün məhsul xəttini təqdim edəcək", - F.Raza bildirib.

Şirkətin İdarə Heyətinin rəhbəri əlavə edib ki, bu həftə IFAAS mütəxəssisləri tənzimləmə məsələlərini müzakirə etmək məqsədilə Mərkəzi Bank və digər maraqlı bazar iştirakçıları ilə danışıqlar aparmaq üçün Bakıdadırlar.

Onun sözlərinə görə, bir neçə yerli investor artıq bu layihədə iştirak etməyə ilkin maraq göstərib. "Azərbaycan real məlumatlarla təsdiqlənmiş son dərəcə perspektivli imkanlar təqdim edir. Aparılmış araşdırma bizə irəliləmək üçün əminlik verir. Biz yaxın gələcəkdə platformanın rəsmi surətdə işə salınması planını təqdim etməyə ümid edirik", - F.Raza vurğulayıb.

#İslam #maliyyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər