00:00:00
Yazar
Güllər Gülhüseynova
07.07.2026 20:42 74 2 dəq oxuma
İdman

Azərbaycanın FIFA referisi Tural Qurbanov UEFA Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Tural Qurbanov UEFA Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Tural Qurbanovun UEFA Konfrans Liqasının təsnifat mərhələsinə təyinat alması ölkə hakimliyi üçün növbəti əlamətdar hadisədir. Bu cür beynəlxalq oyunlara təyinat həm hakimlərin peşəkarlığının göstəricisi, həm də Azərbaycan futbolunun nüfuzu baxımından önəmli hesab olunur


"Tural Qurbanov hazırda Azərbaycan futbolunun ən güclü hakimidir. Üstəlik yeni-yeni yüksəlməyə başlayıb".


Bu sözləri idman jurnalisti, eksperti Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, özünü həm var hakimi kimi, həm meydandakı hakim kimi, həm də ehtiyat hakimi kimi yaxşı tərəfdən göstərməyə başlayıb:

 

"Xüsusilə də son iki mövsümdə buna rahatlıqla şahidlik edə bilərik. Tural Qurbanovun böyük gələcəyi var. Düşünürəm ki, belə də davam etməlidir. Onun beynəlxalq, UEFA matçlarına təyinat alması sevindiricidir. Çünki Azərbaycanın böyük bir futbol hakimliyi ənənəsi var və bu ənənə davam etməlidir. Hakimlərimiz, Eldar Əzimzadənin, Tofiq Bəhramovun, Rüstəm Rəhimovun və digərlərinin ənənəsini müsbət şəkildə davam etdirilməlidir".


Müsahibimizin sözlərinə görə, bu başlanğıc yolunda UEFA Konfrans Liqası, Avropa Liqası, Çempionlar liqasında oyun idarə etmək, beynəlxalq turnirlərdə final mərhələlərində, istər aşağı, istər yuxarı yaş qruplarında U-19, U-21 yaş qruplarında və digər yarışlarda iştirak edərək təcrübə qazanaraq nəhayətdə Avropa çempionatı və Dünya çempionatında hakimlik etmək mümkündür:

 

"Bunun üçün mərhələli şəkildə addımlamaq lazımdır. Tural Qurbanov hazırda bu işin başlanğıcındadır. Bu təyinatlarının davamlı olması ancaq və ancaq müsbət qiymətləndirmək olar. Onun bu uğuru digər gənc hakimlərin də öz işlərində daha məsuliyyətli, daha istəkli olmağına gətirib çıxaracaq".

 

Zəhra Möhübbətova

#FIFA #UEFA #Liqa #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər