00:00:00
Yazar
Güllər Gülhüseynova
10.07.2026 17:50 19 1 dəq oxuma
İdman

Azərbaycanın iki basketbolçusu dünya reytinqinin ilk “beşliyi”ndə yer alıb

Azərbaycanın iki basketbolçusu dünya reytinqinin ilk “beşliyi”ndə yer alıb

FIBA-nın açıqladığı son 3x3 basketbol üzrə fərdi dünya reytinqində Azərbaycan millisinin iki üzvü ilk beşlikdə yer alıb. Aleksandra Mollenhauerin reytinqə liderlik etməsi, Arika Karterin isə ilk dördlükdə qərarlaşması ölkə basketbolu üçün mühüm uğur kimi qiymətləndirilir.


"Bu Azərbaycan Basketbolu üçün çox böyük uğurdur ki, millimizin və "Neftçi" klubunun 2 qadın basketbolçusu top 5liyə düşüb. Aleksandra Mollenhauer və Arika Karter FIBA rəsmiləri tərəfindən seçiliblər". 


Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bunu çox yüksək qiymətləndirir və layiqli nəticə olduğunu düşünürük:


"Mən qeyd etmək istəyirəm ki, top-5-likdə olan basketbolçumuz Aleksandra Mollenhauer  ölkəmizi Paris Olimpiya oyunlarında da təmsil etmişdi. Biz illərdir onu Azərbaycan Basketbolunda uğurlu sima kimi görürük və qadın basketbolunun inkişafına olan təsiri də danılmazdır.  Bu gün ¼ finalda İspaniyada qadın seriyasında keçirilən yarışda gücümüzü sınaqdan keçirəcəyik. Komandadan əsas gözləntilər də məhz bu yöndədir: yarımfinal və final mərhələsinə keçmək. Mən hər çıxışımda, müsahibələrimdə ən əsas hədəfin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmaqdır deyirəm. Bizim qadınlardan ibarət millimiz də Azərbaycan idmanı tarixində, komanda idman növlərində ilk dəfə ölkəmizi Olimpiya oyunlarında təmsil etmişdi. Növbəti dəfə bu uğuru qazanmaq istəyirik. Bir sözlə, qadın basketbolu gündən-günə inkişaf edir".


Zəhra Möhübbətova

#FIBA #basketbol #Azərbaycan #Paris #Olimpiya #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər