00:00:00
Yazar
Zəhra Həsənova
26.02.2026 20:47 12 2 dəq oxuma
Siyasət Özəl

Azərbaycanın növbəti humanitar yardım yükü Kiyevə təhvil verilib

Azərbaycanın növbəti humanitar yardım yükü Kiyevə təhvil verilib

Azərbaycan dövləti Ukraynada humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yükü Kiyev şəhərinə təhvil verib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, göndərilən enerji avadanlıqları çətin vəziyyətdə olan səhiyyə infrastrukturunun fəaliyyətinin bərpasına dəstək kimi qiymətləndirilir:

 

"Azərbaycan  Ukraynaya humanitar yardım çərçivəsində səhiyyə sektorunun enerji təminatı üçün avadanlıqlar göndərib. Yardım paketinə generatorlar və digər zəruri enerji qurğuları daxildir. Bu avadanlıqların əsas məqsədi səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etməkdir. Yardımın ümumi dəyərinin təxminən 1 milyon dollar olduğu bildirilir. Məlum olduğu kimi, müharibə nəticəsində enerji infrastrukturuna dəyən zərər səhiyyə obyektlərinin fəaliyyətinə ciddi təsir göstərib. Xüsusilə Kiyev yaxınlığında iri transformatorun sıradan çıxması bir sıra xəstəxana və sosial obyektlərdə istilik və elektrik təminatında problemlər yaradıb. Göndərilən avadanlıqlar bu çatışmazlıqların aradan qaldırılmasına və tibbi xidmətlərin davamlılığının təmin olunmasına yönəlib".

 

Müsahib qeyd edib ki, Azərbaycanın Ukraynaya humanitar dəstəyi təkcə bu yardım paketi ilə məhdudlaşmır:


"Son illər ərzində göstərilən ümumi yardımın həcmi on milyonlarla dollarla ölçülür. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq müharibədən əvvəlki dövrdə də mövcud olub və Azərbaycan enerji sektorunda Ukraynanın təhlükəsizliyinin təminində iştirak edən tərəflərdən biri kimi çıxış edib. Rəsmi Bakı humanitar yardımların şəffaf və açıq şəkildə həyata keçirildiyini vurğulayır. Göndərilən enerji avadanlıqları çətin vəziyyətdə olan səhiyyə infrastrukturunun fəaliyyətinin bərpasına dəstək kimi qiymətləndirilir".

 

Səmayə Səftərova

#yeni #verilib #baki #gündəm #yükü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər