00:00:00
Yazar
Elmira Ağayeva
13.07.2026 19:54 33 1 dəq oxuma
İdman

Azərbaycanın U-20 qızlardan ibarət basketbol millisi Avropa çempionatını 11-ci pillədə başa vurub

Azərbaycanın U-20 qızlardan ibarət basketbol millisi Avropa çempionatını 11-ci pillədə başa vurub

 

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi "FIBA Avropa çempionatı"nın B divizionunda son oyununu keçirib. Yığma İsveçrə ilə qarşılaşdığı görüşdə məğlub olaraq turniri 11-ci pillədə tamamlayıb.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, klassik basketbolda hələ ki istənilən mərhələyə yüksələ bilməmişik:

 

"Qadınlardan ibarət U20 yığmamızın Avropa çempionatındakı çıxışını 11-ci yerdə tamamlamasını normal qarşılamaq olar. Çünki ölkəmizdə qadın basketbolu yavaş-yavaş inkişaf etməkdədir. Xüsusilə daha aşağı yaş qruplarında, məsələn U13, U14 və U15 komandalarımızda müəyyən uğurlarımız, qələbələrimiz var idi və bu seriya ardıcıl şəkildə davam edir. Düşünürəm ki, komandamızın bu yarışda 11-ci yeri tutması normal nəticə sayılmalıdır. Çünki bu vaxta qədər sözügedən yaş qrupunda xüsusi bir uğurumuz olmayıb. Biz bu sistemə mərhələ-mərhələ, addım-addım gəlib çıxırıq. 3x3 basketbolda fərqli səviyyədə olan komandalarımız olsa da, klassik basketbolda hələ ki istənilən mərhələyə yüksələ bilməmişik. İsveçrəyə qarşı oyundakı məğlubiyyətə rəğmən, ümumilikdə turniri yaxşı keçirdiyimizi düşünürəm. Bu yarışda qazanılan təcrübə komandaya növbəti turnirlərdə daha uğurlu çıxış etmək üçün imkan yaradacaq və bütövlükdə qadın basketbolunun inkişafına öz töhfəsini verəcəkdir".

 

Samirə Allahverdizadə

#U20 #basketbol #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər