00:00:00
Yazar
Elmira Ağayeva
30.06.2026 18:28 25 2 dəq oxuma
İdman

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında ilk gündə 5 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında ilk gündə 5 medal qazanıblar

 

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ilk günü Azərbaycan millisi üçün uğurlu keçib. Yığmamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 43 ölkə arasında komanda hesabında birinci yeri tutub. Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl medal əldə ediblər. Fərid Rzazadə gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala layiq görülüblər. Avropa çempionatı iyulun 2-dək davam edəcək.

 

Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, yeniyetmə cüdoçularımızın bu uğuru təsadüfi deyil:

 

“Azərbaycan cüdoçuları artıq uzun müddətdir ki, beynəlxalq arenada stabil və uğurlu çıxış edirlər. Bir gündə beş medal qazanmaq kifayət qədər ciddi nəticədir. Üstəlik, bu uğur həm oğlanların, həm də qızların hesabına əldə olunub. Bu, məqsədyönlü fəaliyyətin və düzgün qurulmuş strategiyanın nəticəsidir. Azərbaycan cüdo ölkəsidir. Burada bu idman növünə hər zaman böyük maraq olub, Olimpiya və dünya çempionlarımız yetişib. Bu gün cüdoçularımız qatıldıqları yarışlarda favorit kimi çıxış edirlər və bu statusu nəticələrlə təsdiqləyirlər. Yeniyetmələr səviyyəsində qazanılan uğurlar psixoloji baxımdan da çox önəmlidir. Böyüklər arasında rəqabət daha güclüdür və təkcə fiziki hazırlıq deyil, təcrübə də həlledici rol oynayır. Bu təcrübə isə məhz yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatları, beynəlxalq turnirlər və kuboklar vasitəsilə formalaşır. Həm qələbə, həm də məğlubiyyət idmançıya dəyərli təcrübə qazandırır və gələcəkdə dünya, Avropa çempionatlarında, eləcə də Olimpiya oyunlarında uğur üçün möhkəm əsas yaradır. Bu medalları cüdomuzun inkişafına növbəti təkan kimi qiymətləndirmək olar”.

 

Mələk Hüseynova

#İdman #cüdo #Azərbaycanmillisi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər