00:00:00
Yazar
Nərmin Həşimova
24.07.2026 19:16 25 1 dəq oxuma
Siyasət

Azərbaycanla sıx əlaqələrimiz var- Kobaxidze
 

Azərbaycanla sıx əlaqələrimiz var- Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var- Kobaxidze

Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.


Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycanla sıx əlaqələri xüsusi vurğulaması təsadüfi deyil:


“Azərbaycan və Gürcüstan uzun illərdir Cənubi Qafqazda etibarlı strateji tərəfdaşlıq modeli formalaşdırıblar və bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Enerji, nəqliyyat, logistika və ticarət sahələrində həyata keçirilən birgə layihələr regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr bunun ən uğurlu nümunələridir. Bu baxımdan Gürcüstanın Azərbaycanla münasibətlərə verdiyi önəm regionda sabitliyin və qarşılıqlı iqtisadi asılılığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Gürcüstanın digər ölkələrlə də əlaqələrini genişləndirməsi Azərbaycanın maraqlarına zidd deyil, əksinə, regional əməkdaşlıq mühitinin daha da güclənməsinə töhfə verə bilər. Cənubi Qafqazın tranzit və enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsi Avropa ilə Asiya arasında yükdaşımaların artmasına, xarici investisiyaların cəlb edilməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə imkan yaradır. Bu prosesdə Azərbaycan və Gürcüstanın koordinasiyalı fəaliyyəti regionun beynəlxalq tərəfdaşlar üçün etibarlı marşrut kimi nüfuzunu artırır. Nəticə etibarilə, iki ölkə arasında strateji əməkdaşlığın qorunması və yeni istiqamətlər üzrə genişləndirilməsi həm regional təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır”.


Nurgün Qənizadə

#kobaxidze #əlaqələrimiz #azərbaycanla #var- #sıx
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər