00:00:00
Yazar
Admin User
04.07.2025 09:47 143 1 dəq oxuma
Siyasət

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır

 

Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.


İndi Azərbaycanın Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa etdiyini deyən dövlətimizin başçısı diqqətə çatdırıb: “Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər