Azəbaycan və BƏƏ arasında əməkdaşlıq
Xarici siyasətdəki uğurlar və əhəmiyyətli addımlar həm ölkəmizin inkişafına həm də təhlükəsizlik və sabitlik, sülh şəraitində dövlətin güclənməsinə xidmət edir. Azərbaycanın digər dövlətlərlə olduğu kimi ərəb ölkələri ilə də yaxın əlaqələri var və bu əlaqələr inkişaf tempində davam etməkdədir.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağ zəfərindən sonra ölkəmizə diqqətin artması ərəb ölkələrinə münasibətdə özünü göstərib:
“Bu, ərəb ölkələrinin münasibətlərində də özünü göstərir. Yeni iqtisadi, ticari əlaqələr qurulur və müxtəlif sahələrdə yaxınlaşmalar davam edir. Birləşmiş Ərəb Əmirlikləri ilə də sıx münasibətlərimiz davam edir. Mədəni, iqtisadi, ticari əlaqələrin daha da yüksək səviyyədə təşkili və inkişafı üçün görüşlərin, səfərlərin olması labüddür. Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşünün olması Qarabağa olan xüsusi diqqətin nəticəsidir. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi yeni əlaqələrin ən yüksək səviyyədə inkişafının sübutudur. Qeyd edim ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yaşıl enerji sektoruna investisiya qoyan ölkələrdən biridir. Qarşılıqlı səfərlər ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Azərbaycanın Körfəz bölgəsində əsas tərəfdaşlarından biri kimi Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin dərinləşməsi arzuolunandır. Qarabağda hava limanları ilə tanışlıq onu göstərir ki, artıq tam təhlükəsiz şəkildə bu limanlara uçuşlar həyata keçirmək, iqtisadi, ticari əlaqələri genişləndirmək mümkündür. İmzalanan bəyannamə və digər mühüm sənədlər onu göstərir ki, ölkələrimizin arasındakı əməkdaşlıq ən yüksək, rəsmi səviyyəyə qalxıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu memorandumlar iqtisadiyyatın, ticari əlaqələrin inkişafının yüksəldilməsini nəzərə tutur”.
Ekspert əlavə olaraq imzalanan memeodramlardan danışıb:
“Eyni zamanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Dövlət Prokurorluğu arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Presight” şirkəti arasında Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Əbu-Dabi Limanları Şirkəti” ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Presight” şirkəti arasında təhsildə süni intellektin (Aİ) istifadəsinin artırılması sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu” və “Azərbaycan İnvestisiya Holdinqi ilə “Əbu-Dabi inkişaf Holdinq Şirkəti” ASC arasında “Azər-Türk Bank”ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu memorandumların hər biri Azərbaycanın geniş mətləbdə hərtərəfli inkişafına, təhlükəsizliyinin güclənməsinə və əhalinin rifahına xidmət edir”.
Banuçiçək Qurbanova