00:00:00
Yazar
Admin User
21.11.2025 18:46 107 2 dəq oxuma
Siyasət

“AzerGold”da Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

“AzerGold”da Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində Argentinanın Azərbaycandakı səfiri ilə görüş keçirilib. Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qarşı tərəfi şirkətin fəaliyyəti, həyata keçirilən layihələr və ölkənin mədən sənayesində əldə olunan nəticələr barədə məlumatlandırıb.

 

Tərəflər Azərbaycan və Argentina arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə də mədənçilik, geologiya və sənaye sahələrində mümkün birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinə dəstək vermək məqsədi daşıyıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki,təbii resurs sektoru Azərbaycan üçün yalnız fizikal gəlir mənbəyi deyil, həm də iqtisadi şaxələndirmənin əsas vasitələrindən biridir:

 

"Bu kontekstdə bir neçə vacib aspekt önə çıxır: Argentina kimi mədənçilik sahəsində təcrübəli ölkələrin iştirakı Azərbaycan üçün yeni texnologiyalara çıxış və imkanlar yaradır. Bu, iqtisadiyyatın texnoloji inkişafına dəstək verir. Argentina ilə iqtisadi əlaqələrin genişlənməsi nəticəsində Azərbaycan Latın Amerikası, Avropa və Cənub yarımkürəsi ölkələrinin bazarlarına çıxış imkanları əldə edir. Bu isə ixrac coğrafiyasını genişləndirərək qeyri-neft sektorunun inkişafına və valyuta gəlirlərinin artmasına töhfə verir. Bu əməkdaşlıq Azərbaycanın diplomatik fəaliyyətini də şaxələndirir. Qərb–Şərq–Cənub marşrutlarında yeni diplomatik balansların formalaşmasına şərait yaradır. Beləliklə, Azərbaycan Latın Amerikası ölkələrinə çıxış qazanır və bu da gələcək əməkdaşlıqlar üçün zəmin yaradır.

 

Regionda aparılan informasiya kampaniyaları və təbliğat fəaliyyətləri bu əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib və gələcəkdə bu sahədə də inkişaf gözlənilir.Argentina ilə mis hasilatı və yüksək geoloji standartların tətbiqi sahəsində əməkdaşlıq Azərbaycana bu sahədə təcrübə və texnologiya gətirə bilər. Nəticə olaraq, Azərbaycanla Argentina arasında qurulan əlaqələr təkcə mədənçilik və iqtisadi deyil, həm də strateji diplomatik və qlobal inteqrasiya səviyyəsindədir. Bu əməkdaşlıq Azərbaycanın qlobal xammal zəncirinə inteqrasiyasını gücləndirəcək, yeni investisiya imkanları yaradacaq və ölkənin qlobal iqtisadi mövqeyini möhkəmləndirəcəkdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər