00:00:00
Yazar
Admin User
19.09.2025 08:28 143 1 dəq oxuma
Siyasət

Azər Əmiraslanov: Azərbaycan siyasi müstəqilliyini iqtisadi müstəqilliklə uzlaşdırmalıdır

Azər Əmiraslanov: Azərbaycan siyasi müstəqilliyini iqtisadi müstəqilliklə uzlaşdırmalıdır

Azərbaycan siyasi müstəqilliyini iqtisadi müstəqilliklə uzlaşdırmalıdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın dövlət suverenliyinə qədər keçdiyi uzun bir yol var, bu yolun təhlil edilməsi mütləqdir: "Bu, olduqca vacib nüansdır. Uzun illərdir həyata keçirilən dövlət siyasətindən belə nəticə çıxır ki, siyasi müstəqilliklə iqtisadi müstəqillik uzlaşmalıdır. Aydın məsələdir ki, iqtisadi cəhətdən asılı olan dövlət müstəqil siyasət həyata keçirə bilməz". Deputat Azərbaycanın iqtisadi müstəqilliyi istiqamətində atılan addımlara toxunaraq Ulu Öndər Heydər Əliyevin bu mənada yürütdüyü siyasətə diqqət çəkib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər