Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək
Avropa Birliyi Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.
Mövzu ilə əlaqədar “İnformator.az” açıqlamasında politoloq Həşim Səhrablı bildirib ki, Azərbaycan təkcə bu nəzərdə tutulan görüşdə deyil, ümumiyyətlə, bütün beynəlxalq görüşlərdə, konferanslarda mövqeyi və əsas prioritetləri regional təhlükəsizlik və qarşılıqlı əməkdaşlığa söykənən iş birliğinin təşviqi istiqamətində qurulur:
“Düşünürəm ki, bu siyasətin davamı elə bu görüşdə də saxlanılacaq və Azərbaycan tərəfi yenə də bütün tərəflərə sülh və dialoq çərçivəsindən dünyanın bütün regionlarında ədaləti bərpa etmək, sabitliyi, təhlükəsizliyi əldə etmək və bu nöqtədən çıxış etmək yönündə siyasətini davam etdirəcək. Eyni zamanda Azərbaycan həmin bu regionlararası təhlükəsizlik məsələsində təşəbbüslərlə çıxış etməyi planlaşdıra bilər. Azərbaycan regional təhlükəsizliyi özü necə təmin eləyib? 30 ilə qədər diplomatiyanın işləməsini gözləyib və sonda səbr kasası daşanda və başa düşüləndə ki, artıq diplomatiya Qarabağ problemini, yəni dolayısilə regional sabitliyi, təhlükəsizliyi və beynəlxalq hüquqa əsaslanan dinc bircə yaşayışı təmin etməyəcə, o halda Azərbaycan güc istifadə eləyərək bunu təmin edib. Azərbaycanın güc istifadə etməsinə də fikir verin, Ermənistanın haqlarına, hüquqlarına və yaxud dünya tərəfindən tanınan sərhədlərinə qarşı əməliyyat şəkilində olmayıb, təmamilə özündən işğal olan və işğaldan azad edilməsi labüd olan ərazilərinin işğalına son verilməsi ilə başlayıb və bu şəkildə də bitib. Azərbaycan həm də bəzən ədaləti təmin etmək üçün lazım olan anda sərt dildən çıxış etmə təcrübəsini də bölüşə bilər. Çünki diplomatiya hər zaman işləmir və bu işləməyəndə haqsızlıqlar, ədalətsizliklər baş alıb gedə bilər və bu halda haqlı tərəflərin gücə çatması və güc nöqteyi nəzərindən çıxış edərək dünyada sülhü, ədaləti və dinc gücə yaşayışı, ümumiyyətlə regionlararası təhlükəsizliyi təmin etməsi təcrübəsi var ki, bunu da qarşı tərəflərə çatdıra bilər, amma əsas Azərbaycanın siyasəti bayaqda dediyimiz kimi nədən ibarət olacaq? Tamamilə, beynəlxalq hüquqə əsaslanan, beynəlxalq təhlükəsizliyə əsaslanan regionlar arası və həmin regionlardakı yaşayan dövlətlərin özlərinin arasında dinc gücə yaşayışı təmin etmək, tərəflərinin birinin digərinə qarşı agresiyasından və ya iddialarından əl çəkməsini şərtləndirməkdən ibarət olacaq. Azərbaycan Avropa Birliyi Avropa İttifaqı münasibətlərinə gəlincə isə bu münasibətlər Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra inkişaf eləyən xətlə davam edir.
Yəni zaman-zaman hansısa məsələlər ətrafında fikir ayrılıqları yaranır, mövqeylər üçdüşdə düşmür, zibdiyyətlər yaranırsa da biz fikir versək görərik ki, əksinə Azərbaycan Avropa İttifaqı ilə ümumiyyətlə bütün ziddiyətli və ya ziddiyətli olmayan tərəflərlə münasibətləri inkişaf etdirmək nöqtəsindən çıxış edir və bu siyasəti uğurla başa çatdırmaq lazımdır ki, Azərbaycan dünyada özünə dost qazanan və çox sadə dost qazanan ölkələrdən birinə çevrilsin. İndi Avropa İttifaqı həm ittifaq səviyyəsində, həm də ayrı-ayrı Avropa dövlətləri səhiyyətində də Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu iclas da Azərbaycan və Avropa Birliyi münasibətlərindəki o ənənə halına almış görüşlər, çox tərəfli sammitlər, iclaslar çərçivəsində bir növbəti həlqəni formalaşdırmaqla davamlılığı təşkil edir və bu da iki tərəf arasında o ehtimadı gücləndirmək baxımından effektiv nəticə verə bilər”.
Səadət Əlizadə
