00:00:00
Yazar
Admin User
31.07.2025 14:51 119 1 dəq oxuma
Siyasət

Azərbaycan ABŞ ilə Orta Dəhliz üzərindən daşımaların perspektivlərini müzakirə edib

Azərbaycan ABŞ ilə Orta Dəhliz üzərindən daşımaların perspektivlərini müzakirə edib

Azərbaycan ilə ABŞ arasında Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri müzakirə edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.


"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdik. Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik. Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər