00:00:00
Yazar
Admin User
05.12.2025 16:23 78 1 dəq oxuma
Siyasət

Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələsi

Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələsi

Azərbaycan–Almaniya əlaqələrində yeni dinamikanın yarandığı bir zamanda Almaniyanın kansleri Fridrix Merzin Prezident İlham Əliyevə etdiyi telefon zəngi ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını göstərir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, kansler Fridrix Mertsin təşəbbüsü Almaniya-Azərbaycan münasibətlərinin canlanması baxımından mühüm əhəmiyyət kəsb edir:

 

“Son illərdə müxtəlif səbəblərdən iki ölkə arasında müəyyən soyuqluq müşahidə olunub. Nəzərə alsaq ki, Almaniya Avropanın aparıcı ölkələrindən biridir və əvvəlki hökumətlərin səhv siyasətləri ilə əlaqədar Azərbaycan-Almaniya münasibətlərində müəyyən qədər soyuqluq yaranıb. Federal kanslerin bu təşəbbüsü şübhəsiz ki, münasibətlərin yeni formatda inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edə bilər”.

 

Əmrəliyev qeyd edib ki, Almaniyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əvvəlki mövqeyi də birmənalı qarşılanmayıb:

 

“Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Almaniyanın tam neytral mövqedə dayandığını demək olmayıb. Bəzi zamanlarda hətta kəskin, Bakının maraqlarına uyğun olmayan münasibətlər də müşahidə edilib. Bu baxımdan hazırkı təşəbbüs mühüm siqnaldır. Kanslerin bu addımı təkcə ikitərəfli münasibətlərin canlanması deyil, həm də Azərbaycan–Avropa İttifaqı xəttində yeni imkanların yaranması deməkdir. Bu təşəbbüs Avropa İttifaqı ilə Azərbaycan əlaqələrini də gücləndirə bilər. Çünki son dövrlərdə Brüssel–Bakı münasibətlərində müəyyən gərginlik hiss olunmayıb. Almaniyanın aktivləşməsi bu xətti balanslaşdıra bilər”.

 

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər